!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr edilmiş araşdırma müsabiqəsinin yekun nəticələri açıqlandı – VİDEO/FOTO

!Reklam – Yazi

Azərbaycan Dəmiryolu Müzeyində “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr edilmiş araşdırma müsabiqəsinin yekun nəticələrinə dair tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə ADY-nın Kommunikasiya departamentinin müdiri Aybəniz İsmayılova, ADY-nın sədr müşaviri Aysel Soltanova, Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Rəşad Məcid, professor Qulu Məhərrəmli, Azərbaycan Respublkasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasıın üzvü Şəfəq Mehralıyeva iştirak ediblər.

Tədbirdə çıxış edən ADY-nın sədr müşaviri Aysel Soltanova “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə ADY-nin töhfələri, media tərəfdaşlarla əməkdaşlığın genişləndirməsindən bəhs edib, tədbir iştirakçısı Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Rəşad Məcid isə ADY ilə birgə layihələr və media icmasının səriştəliyinin artırılmasının önəmliliyindən danışıb. Professor Qulu Məhərrəmli də öz növbəsində müsabiqədə iştirakçılıq, dəyərləndirmə ilə bağlı öz təəssuratlarını bölüşüb.

Daha sonra müsabiqədə qalib gələn jurnalistlər mükafatlandırılıb. Sonda qalib gələn media nümayəndələri ilə xatirə fotosu çəkilib.

 

İsmayıl Bakuvi
Samir Məcidov
Məsimə Məmmədova

COP29

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv