Yasir Ərəfatın qatili bəlli oldu
Fələstin müstəntiqləri hesab edirlər ki, Yasir Ərəfatın zəhərlənməsində günahkar olan şəxsin kimliyini müəyyən ediblər.
Yenicag.az xəbər verir ki, bu açıqlama ilə yerli “Maan” agentliyinin istintaq komissiyasının sədri Taufika Tiraui çıxış edib.
Rusiya və fransız tibbi ekspertlər Ərafatın təbii səbəblərdən öldüyünü desə də, fələstinlilər onun zəhərləndiyi iddiası üzərində dayanırlar. “Maan” Ərafatın öldürülməsinin səbəbkarı kimi İsraili görür.
Komissiya İsraili günahkar saysa da, qətli icra edən şəxsin adını deməkdən imtina edib. Onlar bunu sübut etmək üçün bir az vaxta ehtiyac olduğunu deyib.
Ərəfat 2004-cü ildə Fransa hospitallarının birində vəfat edib.