!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdəki gərgin proseslər: “150 ərəb liderini öldürsələr də, xeyri yoxdur”

!Reklam – Yazi

“İsrail 5 yox, 150 ərəb liderini öldürsə, xeyri yoxdur”.

Bu fikri İsrailin “Hizbullah”ın yeni liderini də öldürməsi və Yaxın Şərqdəki prosesləri Yenicag.az-a dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, İsrail özünün məruz qaldığı Holokost soyqırımını fələstinlilərə yaşadır.

“Müharibə gedir. Müharibə tərəfləri bir-birinin sıravi əsgərlərini, liderlərini öldürməyə çalışır. Ərəblərin imkanları yoxdur Netanyahunu öldürə bilsin. Ancaq İsrailin imkanı var ki, Haniyəni, Nəsrullahı, Sinvarı və Həşim Seyfəddini öldürsün”, – deyə o vurğulayıb.

Politoloqun sözlərinə görə, münaqişənin səbəbi odur ki, İsrail Qərb dövlətlərinin təhriki ilə Fələstin xalqının torqlarını tutur.

“Milyonlara fələstinli didərgin düşüb. Ərəb dövlətləri fələstinlilərdən çəkinirlər. Çünki onlar inqilabi ruhdadırlar. Ərəb xalqları arasında ən savadlı, oxumuş, ötkəm, cəsarətli adamlar fələstinlilərdir. Ona görə də, ərəb ölkələrinin rəhbərləri fələstinlilərə vətəndaşlıq vermək istəmir. Ərəb hakimləri biqeyrət çıxıblar. Onlar ərəb torpaqlarını satdılar”, o deyib.

Z.Əlizadə əlavə edib ki, fələstinlilər öz torpaqları uğrunda döyüşürlər.

“Yəhudilər ərəblərə baxmış daha ağıllı, daha çevikdirlər. Onların pulları daha çoxdur, hamiləri var. Media əllərindədir. Özləri terrorla məşğul olurlar, öz torpaqları uğrunda döyüşən ərəbləri terrorçu adlandırırlar. Özləri beynəlxalq hüququ pozurlar, ərəbləri cani adlandırırlar. Qələm düşmən əlindədir.

İsrail 5 yox, 150 ərəb liderini öldürsə, xeyri yoxdur. Xalq yeni liderlər yetişdirir. İsrailin işi çox çətindir. Bundan əlavə, baş verənlər cəfakeş, yazıq, soyqırıma məruz qalmış yəhudi obrazını da pozur. Onun yerinə zalım, qəddar surət yaranır”, – deyə o fikirlərini tamamlayıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv