!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yay mövsümündə baş verən kütləvi qida zəhərlənmələrinin SƏBƏBLƏRİ

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yay mövsümü ərzində baş verən kütləvi qida zəhərlənmələrinin səbəblərini açıqlayıb.

Yenicag.az xəbər verir ki, AQTA-nın Bakı regional bölməsinin rəisi Əkbər Əliyev jurnalistlərə açıqlamasında xüsusilə yay mövsümündə bəzi qidaların sanitar-gigiyena normalarına düzgün əməl edilməsinin vacib olduğunu deyib.

Onun sözlərinə görə, bu, normativ texniki sənədlərlə müəyyən edilib: “Yay mövsümündə qida zəhərlənmələrinin əsas səbəbi soyuq zəncir prinsipinə əməl edilməməsidir. Ən çox zəhərlənmələr salatlar, mayonezli qida məhsullarında qeydə alınır. Hansı ki, burada texnoloji ardıcıllığa, sanitar-gigiyenik normalara riayət olunmayıb”.

Agentlik rəsmisi bildirib ki, mənşəyi məlum olmayan heyvan mənşəli və digər məhsullardan istifadə də səbəblər arasındadır: “Araşdırmalar davam etdirilir. Qeydə alınan kütləvi zəhərlənmələrlə bağlı sənədlər aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Bəzi şəxslər artıq məsuliyyətə də cəlb olunub. Burada birbaşa sahibkarlıq subyektləri, ictimai iaşə müəssisələri məsuliyyət daşıyırlar ki, burada insanlar qidalanırlar. Buna görə diqqətli olmalıdılar”.

COP29

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv