!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yayda bu qidalar TƏHLÜKƏLİDİR – Mütəxəssisdən XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Yayda mövsümi meyvə və tərəvəzlərin qəbuluna diqqət yetirmək, çox yağlı və qızardılmış qidalardan uzaq durmaq lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yayda düzgün qidalanma qaydaları və bu fəsildə qəbulu zərərli olan qidalar haqda danışan sağlam qida təbliğatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, qidalanma yay aylarında xüsusi diqqət etməli olduğumuz əsas məsələlər sırasındadır.

“Xüsusilə də yayda tempraturun yüksəlməsi ilə əlaqədar orqanizmin ehtiyac duyduğu maye və enerji balansını qorumaq lazımdır. Bu fəsildə gündəlik fəaliyyətlərlə su ehtiyacını artırmaq, balanslı qidalanma vərdişlərinə yiyələnmək daha vacibdir. Havanın isinməsi ilə orqanizm daha çox suya ehtiyac duyur. Bir çox insan bu ehtiyacı qazlı və rəngli sularla ödəməyə çalışsa da, lakin orqanizmin suya olan ehtiyacını adi su, ayran yaxud da təbii yolla sıxılmış meyvə şirəsi ilə ödəmək mümükündür. Digər içdiyimiz mayelər bədənimizin suya olan tələbatını təbii ki ödəmir. Bir çox insanın su içmək kimi vərdişi yoxdursa, həmin suya limon dilimləri, nanə ilə dadını dəyişərək su içmə vərdişini əldə edə bilərlər. Su qəbulunu artırmaq sağlamlıqla yanaşı bizi daha enerjili və formada saxlayır”, – deyə o əlavə edib.

Mütəxəssis qeyd edib ki, isti mühitdə mikroorqanizmlərin çoxalması üçün münbit şərait yaranır:

Yayda mövsümi meyvə və tərəvəzlərin qəbuluna diqqət yetirmək, çox yağlı və qızardılmış qidalardan uzaq durmaq lazımdır. Lakin meyvə və tərəvəz qəbul edərkən də onların yaxşı şəkildə yuyulmasına diqqət yetirmək lazımdır. Çünki isti mühitdə mikroorqanizmlərin çoxalması üçün münbit şərait yaranır. Ümumiyyətlə, yayda temperatur yüksək olduğuna görə bəzi yüksək risk qrupuna daxil olan qidalar – ət və ət məhsulları, süd və süd məhsullarıdır ki, bunların düzgün emalına, düzgün şəraitdə saxlanılmasına xüsusi olaraq, diqqət yetirmək lazımdır. Yayda lifli qidaların qəbuluna da xüsusi fikir vermək lazımdır. Menyumuza yaşıl yarpaqlı tərəvəzləri, yulaf kəpəklərini daxil edə bilərik. Eyni zamanda, quru meyvələrdən də istifadə etmək olar. Bu qaydalara riayət etsək, yayı daha sağlam və daha gümrah formada keçirə bilərik”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv