Yayda spirtli içki içmək niyə təhlükəlidir?

media-hightechnic-468x90

İstidə susuzluğunuzu spirtlə yatırsanız, ürəyinizə güc düşəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Elmi Narkologiya Mərkəzinin direktoru professor Tatyana Klimenko xəbərdarlıq edib.

O bildirib ki, alkoqol və istiliyin birləşməsi kapilyarların genişlənməsinə, kapilyar şəbəkənin qanla dolmasına və nəticədə qan təzyiqinin azalmasına səbəb olur:

“Buna görə də, içki içdikdən sonra insan zəiflik, süstlük, yuxululuq hiss edir”.

Professor bununla bağlı ikinci riskin həm istiliyin, həm də spirtin bədəndə maye itkisini sürətləndirməsi ilə bağlı olduğunu deyib:

“Eyni zamanda, bədən təkcə suyu deyil, həm də duzları və mikroelementləri itirir ki, bu da ürək-damar sisteminə yükü artırır”.

Professor isti havalarda maye itkisinin qarşısını almaq üçün, az miqdarda (100 ml), ancaq tez-tez su içməyi məhləhət görüb. O, suyun otaq temperaturunda olmasını tövsiyə edib./Medicina

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600