Yeni çoxmillətli döyüş qrupları yaradılacaq - BƏYANAT

media-hightechnic-468x90

NATO Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq Avropada əlavə dörd çoxmillətli döyüş qrupu yaradacaq.

Yenicag.az-ın məlumatına görə, bu barədə alyansın fövqəladə sammitinin yekunları üzrə bəyanatda deyilir.

“Biz Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada dörd əlavə çoxmillətli döyüş qrupları yaradırıq. Biz bütün regionlarda və bütün müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün bütün lazımi tədbirləri və qərarları alırıq”, – bəyanatda deyilir.

Bundan başqa NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, təşkilat şərq cinahda 40 min əsgər yerləşdirib.

“Alyans şərq cinahında daimi olaraq hərbi mövcudluğunu artıracaq, həmçinin hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini gücləndirəcək”, – Y.Stoltenberq bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600