!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni dərs ili və bitməyən QEYRİ-MÜƏYYƏNLİK: “Başlasın, görək, sonra necə olur...” – Şahlar Əsgərov

!Reklam – Yazi

“Qərarların dəyişdirilməsi epidiomoloji vəziyyətdən asılı olacaq”

“Bu müddət ərzində dərslər başlasın, proqram tədris olunsun, sonra yoluxma ilə bağlı nəticə yaxşılaşarsa, proqramları genişləndirə bilərik. Yox əgər yoluxma halı artarsa, onda başqa qərarlar qəbul oluna bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov pandemiya dövründə təhsil müəssisələri ilə bağlı verilən bütün qərarların noyabrın 2-dək qüvvədə olmasını dəyərləndirərkən deyib.

Professor bildirib ki, qərarlar epidemioloji vəziyyətə uyğun olaraq dəyişdiriləcək:

“Bu müddət ərzində dərslər başlasın, proqram tədris olunsun, sonra proqramları genişləndirə bilərik. Yox əgər yoluxma halı artarsa, onda başqa qərarlar qəbul oluna bilər. Bütün hallarda epidemioloji vəziyyət nəzərə alınacaq. Bu çətin şəraitdə Təhsil Nazirliyi də istəyir ki, şagirdlərə bilik verilsin, onları darıxmağa qoymasın, məktəbli tədrisə davam etsin. Bu problem təkcə bizdə yox, dünyanın əksər ölkələrində yaşanır. Buna görə də hər bir dövlət qərarlarını özü müəyyən edir. Mənim aləmimdə elə rayonlarımız var ki, koronavirus yoxdur və orada normal dərs keçmək olar. Amma şəhərin mərkəzində, əhalinin intensiv sıx gəzdiyi yerlərdə elə etmək lazımdır ki, insanlar bir-biri ilə kontakta girməsin, sosial məsafəni qorusun. Bunlar hamısı məcburi atılan addımlardır. Bu qərarları nə tərifləyə, nə də tənqid edə bilərik. Bu, məcburiyyətdən verilən qərardır. Gözləyirik. Bir addım irəli gedək, görək vəziyyət necə olacaq? Noyabrın 2-dək tədris davam etsin, sonra görək yoluxma nə dərəcədə olacaq, tədrisi davam etdirmək mümkün olacaqmı, ya əksinə? Bunlar dinamik qərarlardır, bəyənirəm”.

Cəvahir

COP29

www.yenicag.az

1971
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv