“Finlandiya ilə Rusiya Federasiyası arasında yeni dostluq müqaviləsinə ehtiyac yaranıb”.
Yenicag.az xəbər verir ki, bunu Helsinki Universitetinin professoru Tuomas Malinen “X” sosial media platformasında yazıb.
O, Rusiya-Finlandiya münasibətlərinə toxunaraq qeyd edib ki, yeni dostluq müqaviləsinə ehtiyac var.
“Finlandiya ilə Rusiya Federasiyası arasında yeni dostluq müqaviləsinə ehtiyac yaranıb. Bu səbəbdən ölkəmiz mümkün qədər tez vaxtda Rusiya ilə bir daha dostluq və əməkdaşlıq sazişi hazırlamalıdır. Eyni zamanda, Helsinki Rusiya rəhbərliyinə başa salmalıdır ki, Finlandiya ərazisi heç bir halda Rusiyaya hücum üçün istifadə edilməyəcək”.
Xatırladaq ki, avqustun 22-də “İltalehti” qəzeti, Qərb hərbi-siyasi bloku NATO-nun Rusiya sərhədi yaxınlığındakı Finlandiyanın Mikkeli şəhərində 4-5 min nəfərlik zirehli briqada yerləşdirəcəyini yazıb.
Nəsimi Ələsgərli
www.yenicag.az