"Yeni dünya müharibəsi Ermənistanla Azərbaycan arasında başlayıb və inkişaf edib" - Saakaşvili

media-hightechnic-468x90

“Yeni dünya müharibəsi gedir, o, Ermənistanla Azərbaycan arasında başlayıb və inkişaf edib”.

Yenicag.az Gürcüstan-Online-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili onlayn məhkəmədə bildirib.

O bildirib ki, dünyada yeni dünya müharibəsi gedir, o, Ermənistanla Azərbaycan arasında, Ukraynada, indi də İsraildə başlayıb və inkişaf edib.

“Dünya çətin vəziyyətdədir. Fakt budur ki, dünyada yeni dünya müharibəsi gedir, o, Ermənistanla Azərbaycan arasında, Ukraynada, indi də İsraildə başlayıb və inkişaf edib. Biz çox çətin vəziyyətdəyik. Hər an nəsə baş verə bilər və gözlənilməz, fəlakətli hadisə ilə üzləşə bilərik… İndi İsraildə baş verənlər qaranlıqla işıq arasında gedən mübarizədir. Bunun arxasında Rusiyanın dayandığına heç bir şübhəm yoxdur”, – Saakaşvili bildirib.

Xuraman Etibarlı

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa