Yeni energetika naziri kimdir? - DOSYE

media-hightechnic-468x90

Prezident İlham Əliyev Pərviz Şahbazovun energetika naziri postuna təyin edilməsi barədə sərəncam imzalayıb.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, P.Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-2016-cı illərdə Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.

Qeyd edək ki, Pərviz Şahbazov Azərbaycan Prezidentinin İşlər müdiri Oqtay Şahbazovun oğludur.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600