!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni hava limanları ŞƏBƏKƏSİ: “Burada sosial və humanitar inkişaf da nəzərə alınır” - Elşad Məmmədov

!Reklam – Yazi

“Hava limanlarının istifadəyə verilməsindən sonra Azərbaycanın rəqabət imkanları güclənəcək”.

İşğaldan azad olunan ərazilərimizdə 3 beynəlxalq hava limanının fəaliyyət göstərəcəyi bildirilir. Rəsmi açıqlamaya əsasən, Füzuli Hava Limanının artıq bu ilin payızında istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edilir ki, Füzuli Hava Limanı Zəfər Yoluna, Zəngilan Hava Limanı isə Zəngəzur dəhlizinə inteqrasiya olunacaq.

Hava limanları uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağı, 60 min kv/metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərən terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək.

İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında yeni hava limanlarının fəaliyyətinin ölkə iqtisadiyyatına mümkün təsirlərini dəyərləndirib.

Professorun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafın dayanıqlı şəkildə təmin edilməsi üçün həmin bölgədə nəqliyyat infrastrukturunun yaradılmasına ehtiyac var:

“Azad edilmiş ərazilərimizdəki nəqliyyat infrastrukturu işağlçılar tərəfindən demək olar, tamamilə məhv edilib. Ona görə də həmin bölgədə nəqliyyat infrastrukturu yenidən qurulmalı, o cümlədən, hava nəqliyyatı ilə bağlı müvafiq infrastruktur təminatı olmalıdır.

Bu baxımdan, qeyd olunan ərazilərin hava limanları ilə təmin olunması iqtisadi inkişafa müsbət təsir edə bilər. Unutmaq olmaz ki, söhbət təkcə iqtisadi inkişafdan getməməlidir. Burada sosial və humanitar inkişaf da nəzərə alınır. Bütövlükdə isə yeni texnoloji quruluş çərçivəsində hava və digər növ nəqliyyat infrastrukturunun rolu artmaqdadır.

Bu, Azərbaycanın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və regionda formalaşan yeni reallıqlar çərçivəsində ölkəmizin rolunun artması baxımından olduqca zəruridir”.

Gülşən Şərif

COP29

www.yenicag.az

637
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv