Yeni marşrut xətti açılır

media-hightechnic-468x90

Bakının Binəqədi rayonu Xocəsən qəsəbəsindən “Xocəsən” metrostansiyası istiqamətində 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib. 

Yenicag.az xəbər verir ki, bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, yeni marşrut xətti şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin “Xocəsən” metrostansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq açılıb.

Qeyd edili ki, yeni müntəzəm marşrut xətti üzrə avtobuslar 13 fevraldan fəaliyyət göstərəcək və xətt üzrə daşımalar “Bus Trans” MMC tərəfindən icra ediləcək.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa