Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yeniyetmə və gənclər arasında musiqi müsabiqəsi keçiriləcək: İştirak şərtləri

“İslahatçı Gənclər” İctimai Birliyi və Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Zəfər” onlayn musiqi müsabiqəsi keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən 6-30 yaşları arasında yeniyetmə və gənclər 30 aprel-6 may 2021-ci il tarixlərini əhatə edən dövrdə ifalarını müsabiqə komissiyasına təqdim edə bilərlər.

İfalar klassik və milli musiqi janrlarında olmalı və səkkiz(8) dəqiqəni keçməməlidir. Hər bir iştirakçı müsabiqəyə yalnız bir ifa təqdim edə bilər. Müsabiqədə iştirak etmək istəyən gənclər hazırladıqları ifaları “Youtube” platformasına yükləyərək ifanın linkini və özləri haqqında şəxsi məlumatları(CV) [email protected] ünvanına göndərməlidirlər.

Müsabiqədə iştirak üçün son tarix 6 may 2021-ci il saat 23.00-dur.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində tanınmış sənətçilər, xalq və əməkdar artistlər təmsil edilir.

Loading...

www.yenicag.az

257
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100