!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeraltı və yerüstü Tesla arasında yarış - TEST/VİDEO

!Reklam – Yazi

İki ədəd Tesla elektromobil modeli arasında yeraltı və yerüstü yarış keçirilib.

Yenicag.az xəbər verir ki, yarış videsunu Elon Muskın yeraltı tunellərin inşası ilə məşğul olan The Boring Company şirkəti yayıb.

Electrek saytı test şərtlərinin heç də ədalətli olmadığını və bu səbəbdən şirkətin yeraltı tunellərinin əsl potensialının müəyyən edilməsində çətinlik yaşandığını bildirib. Təbii ki, yeraltı tunel vasitəsilə hərəkət dən Tesla modeli 2 km yolu Los Anceles küçələri vasitəsilə hərəkət edən Tesla modelindən daha tez qətt edir.

The Verge isə saytı bildirib ki, Loop adlı yeraltı tunel sisteminin keçən ilki ilkin təqdimatından bəri Tesla-nın tunel daxilində hərəkət sistemi dəyişib. Belə ki, keçən ilki ilkin təqidmatda qeyd olunmuşdu ki, tuneldə hərəkət üçün Tesla modelləri ön tərəfdən əlavə kiçik təkərlərə sahib olacaqlar. Lakin indi həmin stabilizasiya təkərlərinə ehtiyac yoxdur. Çünki bütün işi Tesla-nın avtopilot sistemi edir. Bununla yanaşı bu halda sürücü avtopilot sisteminə tamamilə güvənməli olacaq. Çünki alektromobil tunel daxilində saatda 200 km-dən çox sürət yığır.

Bundan əlavə olaraq təqdim olunmuş videoya əsasən tunel daxilində elektromobil daha az silkələnir. Yaxşı piar potensialına sahib olmasına baxmayaraq bu test yarışması bir neçə səbəbə görə ədalətsiz hesab olunur. Birincisi, test yarışı tunel platformasının önündən başlayıb. Real həyatda isə elektromobilin həmin tunel platformasına enişi müəyən vaxt aparacaqdı. Həmin məsələ həmçinin finiş xəttinə də aiddir. İkincisi, real həyatda tunelə daxil olan zaman tıxac yarana bilər. Bu cür sürəti isə tunel daxilində bir avtomobildən daha çoxunun hərəkəti zamanı əldə etmək olmaz. Bunu nəzərə alaraq Electrek saytı qeyd edib ki, yeraltı tunellərin şəhər vəziyyətinə necə təsir edəcəkləri barəsində tam real simulyasiya The Boring Company şirkətinin potensialından daha çox xəbər verə bilərdi.

www.yenicag.az

2065
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv