Yerli əhəmiyyətli avtomobil yolları siyahısında yeni ad

media-hightechnic-468x90

Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının Siyahısı”nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən uzunluğu 15 km olan Siyəzən-Məşrif yolu yerli əhəmiyyətli avtomobil yollarının siyahısına daxil edilib.

Qeyd edək ki, prezident İlham Əliyevin 2012-ci il 11 iyun tarixli Sərəncamına əsasən yolun tikintisinə ilkin olaraq 7 milyon, daha sonra 5,7 milyon manat vəsait ayrılıb. 2012-ci ilin oktyabrında başlamış tikinti işləri 2015-ci ilin mayında yekunlaşıb, həmin il avqustun 8-də prezident İlham Əliyev Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak edib. Bu yol Siyəzən rayonun 20 yaşayış məntəqəsini birləşdirir.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05