Yevlaxda avtomobillər toqquşdu
Bu gün səhər saatlarında Yevlax rayonunda yol qəzası baş verib.
Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, Quşçu kəndi ərazisində “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşub.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər deformasiyaya uğrayan “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:55-də başa çatıb.