!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yezidistan dövləti”: Kreml Paşinyana qarşı yeni “kart”ını işə salıb

!Reklam – Yazi

“İndiki şəraitdə yezidi kürdlərin Ermənistanda dövlət qurmaq potensialı yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanda yaşayan azsaylı yezidi kürdlərin dövlət qurmaq iddialarının mənbəyini və mövcud vəziyyətdə bunun mümkünlüyünü şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə hesab edir ki, məlum çağırışlara baxmayaraq, Ermənistandakı yezidi kürdlər öz dövlətlərini qurmaq imkanına malik deyillər:
“Son günlərdə yezidi kürdlər üçün Ermənistanda dövlət qurmaq məsələsi intensiv şəkildə müzakirə olunur, müxtəlif mülahizələr irəli sürülür. Ancaq bəri başdan deyim ki, yezidi kürdlərin Ermənistanda dövlət qurmaq potensialı yoxdur.

Buna əvvəla, onların sayı imkan vermir. Cəmi iki kənddə kompakt yaşayan yezidi kürdlərin sayı on-on beş min civarındadır. İkincisi, onların vəziyyəti, hazırlıqları dövlət qurmaq tələblərinə cavab vermir. Ən əsası isə yezidi kürdlər demək olar ki, erməni cəmiyyətinə tamamilə inteqrasiya olublar, ermənilərlə qaynayıb-qarışıblar.

Mənim Ermənistandakı yezidi kürdlərin bəzi ziyalı nümayəndələri ilə şəxsi tanışlığım var. İnanın ki, düvlət qurmaq məsələsi onların ağlından belə keçmir. Oturublar yerlərində, yaşayırlar, iş-gücləri ilə məşğuldurlar.

Yezidi kürdlərin dövlət qurmaq iddiası böyük ehtimalla Rusiya kəşfiyyatından qaynaqlanır. Onlar bununla Qərbə meyllənən Paşinyan hökumətinə bir növ xəbərdarlıq edirlər. Yoxsa ki yezidi kürdlərin vəziyyəti, varlığı Rusiyanın vecinə də deyil”.

A.Zeynalov

COP29

www.yenicag.az

3253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv