Yığmamız Polşada qızıl medalı belə qazandı-Video, Foto

media-hightechnic-468x90

86951Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. ANS PRESS-in məlumatına görə, ilk dəfə keçirilən yarışda 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Alyona Kolesnik Estoniya, İsveçrə və Belarusdan olan rəqiblərini üstələyərək finala yüksəlib. Final görüşündə onun rəqibi Bolqarıstan idmançısı olub. Rəqibinə heç bir şans verməyən təmsilçimiz vaxtından əvvəl təmiz qələbə qazanaraq Avropa çempionatının qızıl medalına sahib olub.

48 kq
1/8 final – Nadejda Fedorova (RUS) – Patimat Baqomedova 10:0
Təsəlliverici görüş – Patimat Baqomedova – Vanesa Kaladzinskaya (BLR) 2:5

55 kq
1/8 final – Alyona Kolesnik – Anastasiya Krasnova (EST) 2:0 (təmiz qələbə)
1/4 final – Natali Rieser ((SUI) – Alyona Kolesnik 0:11
1/2 final – Alyona Kolesnik – Zalina Sidakova (BLR) 8:4
FİNAL – Evelina Nikolova (BUL) – Alyona Kolesnik 0:12 (təmiz qələbə)

69 kq
1/8 final – Martina Kuenz (AUT) – Elis Monolova 8:4

Çempionatın üçüncü günündə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparacaq. Yığmamız 3 çəki dərəcəsində təmsil olunacaq.

53 kq
1/8 final – Marina Rueda (ESP) – Solmaz Həşimzadə

63 kq
1/4 final – Elmira Qəmbərova – Lyubov Oçarova (RUS)

75 kq
1/4 final – Səbirə Əliyeva – Daria Osoçka (POL)

İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qadın güləşçilərin yarışında ilk gün yığmamızın üzvü Alyona Kolesnik (55 kq) 1 qızıl medal qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600