Yoldaşının ad günündə nəşi gətirilən şəhid İbrahim Vəlizadə - VİDEO

media-hightechnic-468x90

Baku TV Vətən müharibəsində qəhrəmancasına şəhid olan İbrahim Vəlizadənin ailəsini ziyarət edib.

Şəhidin həyat yoldaşı Büllur Vəlizadə doğum günündə İbrahimin nəşinin gətirildiyini deyib.

“Noyabrın 30-da ad günüm idi. Düşünürdüm ki, ən azından həmin gün ondan xəbər çıxar. İbrahimin bayrağa bükülmüş tabutu ad günümə “hədiyyə” oldu”, – deyə o söyləyib.

Şəhidin anası Kifayət Vəliyeva isə övladı ilə söhbətlərindən birini xatırlayıb:
“Bir gün mənə dedi ki, fikirləş ki, 30 ildir əsirlikdəsən, məni gözləyirsən, amma dalınca gəlmirəm. Analarımız, bacılarımız əsirlikdə bizim yolumuzu gözləyirlər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600