Yoluxucu heyvan xəstəlikləri ilə bağlı bəzi məhdudiyyətlər qoyuldu
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Litva Respublikasının Kaunas, Tauraq, Klayped, Mariyampol bölgələrində, İtaliya Respublikasının Trentino-Alto Adice regionunda, Rumıniyanın Sibiu bölgəsində, Belçika Krallığının Valoniya regionunda, Macarıstanın Zala bölgəsində blutanq xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Fermanah və Oma inzibati ərazilərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycn Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildiriib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.