Terror təşkilatı PKK-nın Suriya qolu YPG Mənbicdən çıxır.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Çavuşoğlunun suriyalıların geri qayıdacağını açıqlamasından bir qədər sonra YPG-nin həmin əraziləri boşaltdığı xəbəri yayılıb.
Bu barədə terror təşkilatının “baş komandiri” fransız xəbər agentliyi AFP-yə məlumat verib. Terrorçular Fıratın qərbində yerləşən Mənbicdən rəsmən çəkildiklərini elan ediblər.
Qeyd edək ki, Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən, ABŞ vaxtı ilə YPG-yə verdiyi silahları geri alacaq,şəhərdə suriyalılar rahatlıqla yaşayacaq.
www.yenicag.az