“Müğənnisənsə oxu, səsini göstər, daha niyə yubkanı iki qarış dizindən yuxarı çəkib bədənini oynatmaqla məşğulsan? Bunların ipini yığmaq lazımdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış rejissor və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
O, səsi, sənəti olmayan bədənini reklam edən müğənnilərlə bağlı sərt fikirlər səsləndirib:
“Pul qazanmaq üçün niyə bizim efirlərimiz əndamlı qadınların ixtiyarına verilməlidir? Yubkası dizindən iki qarış yuxarı olan bu xanımlar haradan peyda olur? Hamısı da müğənni kimi tərifləyib bəh-bəh ilə verilişlərin yuxarı başına keçirilir. Bəsdir, bu millətin mədəniyyətini, musiqilərini səsi, sənəti olmayan, bütün günü əndamını yırğalayıb özlərini reklam edən müğənniciklərin ixtiyarına verdiniz! Bunlar müğənni deyil! Müğənnisənsə oxu, səsini göstər, daha niyə yubkanı dizindən iki qarış yuxarı çəkib bədənini nümayiş etdirirsən?! Get əndamını başqa yerdə oynat, başqa yerdə göstərib özünü reklam elə. Efir belə şeylər üçün deyil, mədəniyyətimizi uçuruma aparmayın. Bunların ipini yığmaq lazımdır, onları efirə buraxmaq olmaz. Getsinlər. sosial şəbəkələrdə nə qədər istəyirlər, özlərini, əndamlarını göstərsinlər, nə qədər istəyirlər, hoqqa versinlər”.
Cəvahir
www.yenicag.az