Yüksək rütbəli hərbçi əsir götürüldü

media-hightechnic-468x90

juİsrail ordusunun yüksək rütbəli hərbçisi “Həmas” tərəfindən əsir götürülüb.

media-banner_tkm

Bunu “Həmas”ın siyasi bürosunun rəhbəru Mussa Əbu Marzuk deyib.
Onun sözlərinə görə, israilli zabit atəşkəs elan edilməmişdən öncə qaçırılıb.

Qeyd edək ki, avqustun 1-də İsrail Qəzza sektorunda BMT-nin baş katibi Pan Gi Munun və ABŞ-ın dövlət katibi Con Kerrinin təklif etdiyi üç günlük humanitar barışığa razılıq verib.

C.Kerri Hindistana səfəri zamanı tərəflərin 1 avqust saat 08:00-dan etibarən atəşkəs barədə razılığa gəldiyini bəyan edib.

Bir müddət əvvəl Fələstin müqavimət hərəkatının bütün fraksiyalarının Qəzzada İsraillə 72 saatlıq barışığa razılıq verdiyini HƏMAS da təsdiqləmişdi.

Lakin atəşkəs rejimi 2 saatdan çox davam edib və İsrail Qəzza sektorunda hərbi əməliyyatlara davam etdiyini açıqlayıb.

Qeyd edək ki, İsrailin iyulun 7-dən başladığı hərbi əməliyyat nəticəsində indiyədək aralarında uşaq və qadınların da olduğu 1500-dən çox fələstinli öldürülüb, 7 mini isə yaralanıb.

İsrail ordusu isə 131 hərbçisini itirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05