Yanvar 13-də 1 saylı “ASAN xidmət” mərkəzində “Yüksəliş” İctimai Birliyinin nümayəndələri tərəfindən onlayn təlim keçirilib.
Bu barədə Yenicag.az-a “Yüksəliş” müsabiqəsinin mətbuat xidmətindən məlumat verilib.
Təlimin məqsədi “ASAN xidmət” əməkdaşları və könüllülərini “Yüksəliş” müsabiqəsinin təbliği və qeydiyyat prosedurları haqqında məlumatlandırmaq, bu prosesdə onların fəal iştirakını təmin etməkdir.
Təlimlərə “ASAN xidmət”in Bakı və Sumqayıt, o cümlədən 10 bölgədən olan əməkdaşları və könüllüləri qatılıb. Hər bölgədən 10-a yaxın dinləyicinin iştirak etdiyi təlimlər ikimərhələli keçirilib. Birinci mərhələdə “ASAN xidmət” əməkdaşlarına və könüllülərə “Yüksəliş” müsabiqəsi haqqında məlumat verilib. Bu məlumat könüllülərin müsabiqənin təbliğində fəallığını və məlumatlılığını təmin edəcək. İkinci mərhələ Sumqayıt və bölgələrdən olan “ASAN xidmət” könüllüləri üçün nəzərdə tutulub. Onlara “Yüksəliş” müsabiqəsinin qeydiyyat proseduru haqqında məlumat verilib.
“ASAN xidmət” könüllüləri çalışdıqları bölgələrdə qeydiyyatdan keçmək istəyən şəxslərə necə kömək göstərəcəklərini öyrəniblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Qeydiyyat 2 fevral 2020-ci il saat 18:00-dək davam edəcək. Müsabiqəyə qatılmaq istəyənlər yukselish.az saytında qeydiyyatdan keçə bilərlər.
www.yenicag.az