Zülal mənbəyi olan yumurtanın faydaları saymaqla bitmir. Tərkibi vitamin və minerallarlarla zəngindir.
İnsanı uzun müddət tox saxlayır və metobalizmi sürətləndirir, beyin və ürək-damar sistemi üçün olduqca faydalıdır.
Təbii ki, bütün bu sadalananlar təzə yumurtaya aiddir.
Bəs yumurtanın təzə olub olmadığını necə bilmək olar?
Bunu yoxlamağın asan yolunu təqdim edirik:
Yumurtanın təzə olub olmadığını müəyyən etmək üçün lazım olan tək şey bir stəkan (otaq temperaurunda) sudur. Yumurtanı stəkana atın.
Əgər yumurta stəkanın dibinə düşərsə bu onun təzə olmasından xəbər verir. Bu cür yumurtanı istifadə edə bilərsiniz.
Əgər yumurta stəkanın ortasında üfiqi vəziyyətdə qalarsa bu onun çox da köhnə olmadığını bildirir.
Amma əgər yumurta şaquli olaraq stəkandakı suyun səthinə yaxın dayanırsa o zaman bu yumurtanın köhnə olmasından xəbər verir. Onu yemək məsləhət deyil./Medicina/
www.yenicag.az