!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yunan hərfləri bitəndən sonra mutasiyalar necə adlanacaq?

Hazırda koronavirus mutasiyaları yunan əlifbası ilə sıralanır, hər yeni mutasiya çıxanda növbəti hərfin adından istifadə ediilir. Bəs, görəsən yunan hərfləri bitəndən sonra yeni mutasiyalar necə adlanacaq?

Yenicag.az xəbər verir ki, bu barədə “Danışır Moskva” radiosuna açıqlama verən ÜST Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç mutasiyaların yunan hərfləri ilə adlandırılmasının 2021-ci ilin mayından başladığını bildirib.

“Bundan sonra onların necə adlandırılması məsələsinə isə ÜST-ün ekspertlərinin ümumi rəyindən sonra qərar veriləcək”, – deyə o bildirib.

Qeyd edilib ki, hazırda ən çox yayılan Delta və Omikron ştamlarıdır. Bu iki hərfin arasında “nyu” və ”ksi” hərfləri buraxılıb. Nyu – ingiliscə “yeni” mənasını verdiyi üçün istifadə olunmayıb, “ksi” isə çinlilərin Xi soyadına bənzədiyi və antiçin təəssüratı yarada biləcəyi üçün mutasiya adı daşımaq şərəfindən məhrum edilib.

www.yenicag.az

187
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100