Yunanıstan səfiri Lerik rayonunda səfərdə olub

media-hightechnic-468x90

30d45237981a699acc537b46c8218eadYunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas sentyabrın 22-də Lerik rayonunda səfərdə olub.

Səfər zamanı qonaq Lerik şəhərindəki Heydər Əliyev Mərkəzinə və “Uzunömürlülər” muzeyinə baş çəkərək eksponatlarla, rayonun uzunömürlü sakinləri və zəngin tarixi keçmişindən bəhs edən sənədlərlə tanış olub.

Daha sonra Dimitrios Tsounqas Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rövşən Bağırovla görüşüb. İcra başçısı səfirə rayonun sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat verib.

D.Tsounqas Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat yaratdığını qeyd edərək, bu prosesin Lerik rayonuna da təsirsiz ötüşmədiyini bildirib.

Görüş zamanı səfir D.Tsounqas icra başçısı R.Bağırova Yunanıstan haqqında kitab hədiyyə edib. R.Bağırov isə öz növbəsində Yunanıstan səfirinə yerli sakinlər tərəfindən hazırlanmış sənətkarlıq nümunələrini bağışlayıb.

Lerikdə olduğu müddətdə D.Tsounqas rayonun bir sıra kəndlərində olub, ərazinin füsunkar təbiətinin onu valeh etdiyini diqqətə çatdırıb. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600