Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Yunanıstanda həftə ərzində 12 nəfər qripdən öldü

Yunanıstan qrip xəstəliyinə yoluxma və bu xəstəlikdən ölüm halları artır.

Yenicag.az-ın məlumatına görə, bu barədə xəstəliklərə nəzarət və onların profilaktikası üzrə milli mərkəzdən bildiriblər.

Bildirilir ki, 2019-cu ilin 4-cü həftəsində (21-27 yanvar) 12 nəfər qrip virusundan ölüb. Ondan öncəki həftə iki nəfərin öldüyü bildirilir. Ümumilikdə bu mövsüm təsdiqlənmiş qrip virusundan 18 nəfərin ölümü qeydə alınıb. Ölənlər 25-90 yaşlar arasında olub.

Qeyd edilir ki, kliniki yüksək riskli qrupa aidlərmiş. Sözügedən qrupa aid olan insanlara hər mövsüm qripə qarşı vaksinasiyadan keçmək tövsiyə edilir.

Mərkəzdən bildiriblər ki, xəstəliyin qarşısının alınmasının ən yaxşı yolu vaksinasiyadan keçməkdir./Trend/

www.yenicag.az

11943