Futbol üzrə Yunanıstan çempionatının oyunları 2024-cü il fevralın 12-dək azarkeşsiz keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis brifinqdə məlumat verib.
Qərar ölkədə azarkeş qruplarının zorakılığı dayandırması məqsədi ilə qəbul edilib.
Qeyd edək ki, ötən həftə Afinada voleybol matçı zamanı 150 fanatla polislər arasında qarşıdurma yaşanıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri ağır yaralanıb./Report/
www.yenicag.az