Yuxuda ən çox nə görürük?
Yuxumuzda nə görsək dərhal internetdə araşdırmağa başlayırıq. Gördüyümüz yuxunun mənasını aydınlaşdırmağa çalışırıq.
Yenicag.az xəbər verir ki, Yandex Türkiyədə maraqlı bir araşdırmaya imza atıb. 2014-cü ili yanvar ayından 2015-in aprel ayına qədər keçən 16 ay ərzində türklərin yuxularında ən çox nə gördüklərini açıqladı.
Araşdırmalar nəticəsində məlum olub ki, Türkiyədə yuxular haqqında ən çox axtarışa verilən mövzu “Yuxuda ilan görmək”dir.
Bundan başqa “Yuxuda hamilə olduğunu görmək”, “Yuxuda at görmək”, “Yuxuda inək görmək”, “Yuxuda saç kəsdirmək”, “Yuxuda ayaqqabı itirmək”, “Yuxuda dişinin çıxdığını görmək” kimi maraqlı axtarışlara da rast gəlinib.
Yandex axtarışlarına görə Türklərin ən çox gördüyü yuxular bunlardır:
Yuxuda ilan görmək
Yuxuda qızıl görmək
Yuxuda it görmək
Yuxuda siçan görmək
Yuxuda ağlamaq
Yuxuda hamilə olduğunu görmək
Yuxuda dəniz görmək
Yuxuda balıq görmək
Yuxuda pul görmək
Yuxuda körpə görmək