Zabit Səmədov İslamiada üçün gəlir

media-hightechnic-468x90

K-1 üzrə tanınmış idmançı Zabit Səmədov İslam Həmrəylik Oyunları üçün Azərbaycana gələcək.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, hazırda Çeçenistan prezidenti Ramzan Kadırovun klubunun üzvü olan həmyerlimiz Bakıda keçiriləcək İslamiadada ölkəmizə dəstək olmaq üçün azarkeşlərin arasında olacaq. Məlumatda bildirilir ki, “Mauqli” ləqəbli idmançı vəzifəli şəxslərdən birinin dəvətlisidir.

Xatırladaq ki, Z. Səmədov bir neçə gün öncə Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində “Qarabağ”la “Qəbələ” arasında baş tutan matçı Tofiq Bəhramov adına Respublika stadionunda canlı izləmişdi.

Aygün İlqarqızı

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa