Zakir Fərəcov sahibkarın obyektini başına uçurdu – FOTO

?????????????????????????????????????????????????????????

İcra başçısı pul qazanmağın «optimal» yolunu tapıb, Sumqayıtda iş adamlarına qarşı «Səlib Yürüşü» başlayıb.

Ötən günlərdə xəbər vermişdik ki, Sumqayıtda icra başçısı Zakir Fərəcov sahibkarlara qarşı «Səlib Yürüşü»nə başlayıb. Jam.az xəbər verir ki, Eldar Əzizovun bütün yerləri satması və hazırda yeni obyektlərin tikilməsi üçün heç bir imkanın olmaması icra başçısını fərqli vasitələrə baş vurmağa məcbur edib.

Sumqayıt şəhər sakini, sahibkar İlham Əbilov bildirir ki, onun 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsi 62 ünvanında yerləşən aptekini sökmək üçün dünən buldozer göndəriblər. Bütün sənədləri qaydasında olsa da, sahibkardan obyektini təhvil verməsini və oradan çıxmasını tələb edirlər.

Onun bildirdiyinə görə, dünən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti İdarəsinin işçiləri gələrək, obyektin boşaldılmasını tələb ediblər. «Mən oradan çıxmayacağımı dedim. Lakin hədələdilər ki, çıxmasam belə, aptekin binasını uçuracaqlar. Artıq aptekin işığı kəsilib, binanın bir hissəsi isə uçurulub».

İlham Əbilov qeyd edir ki, obyektinin sökülməsinə etiraz olaraq, özünü otağa qapadıb. «Hazırda obyekti bağlayıb, içəridə oturmuşam. Bunlarsa tikilini başıma uçuracaqlarını deyirlər. Ölsəm də, buradan çıxmayacam. Qanuni haqlarımı tələb edirəm».