Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - FOTOLAR

media-hightechnic-468x90
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan nümayəndə heyəti İzmirin Doğanbey bölgəsində keçirilən “EFES-2026” çoxmillətli birgə müştərək təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.
Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel məruzə edərək təlimin ümumi gedişatı, qarşıya qoyulmuş tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə məlumat verib.
Qeyd olunub ki, “EFES-2026” təlimində ilk dəfə olaraq T625 GÖKBEY helikopterləri, 105 mm Boran yedəkli haubitsaları, MEMATT minatəmizləmə vasitələri, KARAOK, UMTAS və L-UMTAS tank əleyhinə raket sistemləri, eləcə də ASLAN SARP UKKS insansız yerüstü idarə olunan kəşfiyyat və atəş vasitələrindən istifadə edilir.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bu cür təlimlərin əhəmiyyətini qeyd edib və hərbi qulluqçulara uğurlar diləyib.
Təlimi izləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün iştirakçılarını salamlayıb, “EFES-2026” təliminin regional və qlobal sülhə, əmin-amanlığa və sabitliyə böyük töhfə verdiyini vurğulayıb.
Sonra təlimə cəlb edilən bölmələr praktiki olaraq müxtəlif taktiki epizodları icra ediblər.
Daha sonra yüksək səviyyəli nümayəndələr aviasiya vasitələrinin nümayiş uçuşlarını, xüsusi təyinatlıların paraşüt tullanışlarını və “Mehteran” birliyinin çıxışlarını izləyiblər.
“Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Sərgisinə gələn qonaqlar nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.
Beynəlxalq təlimdə iştirak edən Azərbaycan hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.
media-5qtjqmkk1okdvjtek6klsdw96kr1dqadrj65oemz_1200 media-glzjtbscekj16gjdwcdr2slmhh6l9zlqun93bt45_1200 media-ijtdkz0q03iibwxiiztahddkcfzrkfeutrfofwz1_1200 media-p7kqukfersmewc6erevyviy8qwkkrurmoqajx2cw_1200 media-qjrjvmqfqnwro0cxhza0cl7ungton49smdfojiek_1200 media-vb88o7y0v2o4rxdfyaorzyrix3wpbygbqqeq6evv_1200 media-zguxldfjetbjkqmqi7f9huifmo82imcpfgnqnfiw_1200 media-zvfote9apervbpncx6afmbugplb5upc64zd8rod9_1200
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05