Zakir Həsənov Türkiyəyə yollanır

media-hightechnic-468x90

d1804c5dc1f8b659961e2b5e5b5f3a36Mayın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ankaraya yola düşəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, səfər çərçivəsində, mayın 4-də Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə Silahlı Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək.

Görüşün məqsədi üç ölkənin dövlət başçılarının təşəbbüslərini əsas tutaraq hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi, o cümlədən bölgədə sabitliyin və təhlükəsizliyin, enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Silahlı Qüvvələrin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsindən və bu vəzifələrin həyata keçirilməsi üçün praktiki icra mexanizmlərinin təsbit edilməsindən ibarətdir.

Üç ölkənin Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşünün yekunlarına dair protokolun imzalanması nəzərdə tutulub(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600