!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada qanunsuz ağac kəsmə: AAYDA-nın əməkdaşı həbs olundu

!Reklam – Yazi

Zaqatalada qanunsuz ağac kəsmədə təqsirləndirilən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həyata keçirilən tədbirlər nəticəsində toplanmış sübutlar əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğluna Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Qudayev Muhuma Məmmədəli oğluna isə həmin Məcəllənin 259.4, 32.5, 309.2 və 32.5, 313-cü maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

www.yenicag.az

93
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv