Zaurdan illər sonra ETİRAF: “Aparıcı olmağımı istəməyən atam zəng edib dedi ki…”
“Atam bu sahəyə gəlməyimi heç vaxt istəməyib”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Kamal deyib.
O, uzun illər aparıcı kimi fəaliyyət göstərməsinə baxmayaraq, bir dəfə də olsun atasının onu tərifləmədiyini bildirib:
“Atam bu sahəyə gəlməyimi heç vaxt istəməyib, buna razı deyildi. Heç vaxt mənimlə fəxr etməzdi. 2016-cı ildə dövlət başçısı məni fəxri adla təltif etdi. Atam onda mənə zəng etdi, dedi, afərin sənə, oğulsan. Hansı ki, neçə illər efirdə fəaliyyət göstərdim, amma bir dəfə də olsun məni tərifləməzdi, şərəfimə bir söz söyləməzdi”.
Nehru