Zaxarova: İrəvanın “Brüsseldən real yardım gözləməsinə dəyməz”

media-hightechnic-468x90

Moskva ümid edir ki, Ermənistan hakimiyyəti Aİ-nin ölkədəki yeni missiyasının öz daxili işlərinə qarışmasına imkan verməyəcək.

media-banner_tuq

“Report” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Biz ümid edirik ki, erməni müttəfiqlərimiz və dostlarımız yeni, belə demək mümkünsə, missiyadan öz daxili işlərinə müdaxilə olunması və İrəvanın ölkəmizlə dostluq əlaqələrinin pozulmasını, eləcə də Brüsselin anti-Rusiya siyasətinə qoşulmasını nəzərdə tutan Qərbin geosiyasi oyunlarına cəlb edilməsi üçün istifadəyə yol verməyəcəklər”, – o bildirib.

Zaxarova həmçinin əlavə edib ki, Aİ ölkələri Ermənistanı öz forpostuna çevirməyə can atırlar, lakin İrəvanın “Brüsseldən real yardım gözləməsinə dəyməz”.

“Bütün bunlar İrəvanın üçüncü ölkələrin maraqları naminə mübadilə vasitəsi olmamaqla bağlı rəsmi kursu ilə kəskin şəkildə ziddiyyət təşkil edir”, – o əlavə edib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05