Zaxarova: "Ukraynanın danışıqlarla bağlı mövqeyi aydın deyil"
“Ukraynanın Rusiya ilə danışıqların davam etdirilməsi məsələsinə dair mövqeyində dəqiqlik yoxdur”
Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında çıxışı zamanı bildirib.
“Bu, birbaşa şoudan ibarət olan bir hekayədir. Bütün həyatını alqışlar, “like”lar və xarici reaksiyalar üzərində quran bir insan bu dəfə də diqqəti yenidən öz üzərinə cəmləməyə çalışır. Amma ortada heç bir aydın mövqe yoxdur. Siz mənə Rusiya tərəfinin mövqeyi ilə bağlı bütün sualları verdiniz – tarixlər, tərkib, formatlar – hamısı təqdim olunub”, – deyə Zaxarova vurğulayıb.