“Gürcüstan Prezidenti Salome Zurabişvili ağlı və ürəyi olmayan adamdır”.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Zurabişvilinin məktəbliləri etirazlara qoşulmağa çağırmasını şərh edərkən bildirib.
“O ki qaldı iğtişaşlara, konstitusiyaya zidd hərəkətlərə və uşaqları burada iştiraka təşviq etməyə, bilirsinizmi, istər məmur, istərsə də fiziki şəxs ağlı və ürəyi olmadan yetkin adlandırıla bilməz. Uşaqlara, məktəblilərə bəyanat ünvanlayıb, küçəyə çıxmağa məcbur edir ki, etiraz etmək növbəsi onlarındır.
Ağılsız və ya ürəksiz insandır. Bəlkə də ikisindən də məhrum olan nadir canlıdır. Mən belə insan görməmişəm”, – Zaxarova brifinqdə deyib.
Qeyd edək ki, Zurabişvili sosial şəbəkələr vasitəsilə məktəbliləri hökumət əleyhinə nümayişlərə qoşulmağa çağırıb. Gürcü Pravoslav Kilsəsinin Patriarxlığı bu çağırışı pisləyib.
Bundan əvvəl Gürcüstanın Daxili İşlər Nazirliyi etiraz aksiyalarında azyaşlıların iştirakına qəti şəkildə qarşı çıxıb./Qafqazinfo/
www.yenicag.az