!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəfər Parkı xalqımızın milli qürur və əzmkarlığının, qüdrətinin rəmzidir

!Reklam – Yazi

Azərbaycan xalqı Zəfər bayramının dördüncü ildönümündə qalibiyyətimizin rəmzlərindən biri olan Zəfər  Parkının açılışına da şahidlik etdi. Yenilməz Sərkərdə, güclü Lider İlham Əliyevin 21 illik fəaliyyətinin növbəti uğur salnaməsi tariximizə əbədi həkk olundu.

Ali Baş Komandan İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, Vətən müharibəsində göstərilmişmisilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi Zəfərin yaddaşlara həkk edilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və daimi yaşadılması, eləcə də gələcək nəsillərə düzgün və dolğun məlumatların çatdırılması məqsədilə müvafiq qurumlara Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlanaraq sürətlə tikinti işlərinə başlanılıb.

Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva ötən müddət ərzində bir neçə dəfə inşası davam etdirilən Zəfər parkında görülən işlərlə tanış olublar. Bu il iyulun 24-də isə Prezident İlham Əliyev yenidən Zəfər parkında olub və müvafiq göstərişlərini verib.

8 Noyabr prospektində inşa olunan və ərazisi 10 hektara yaxın Zəfər Parkının girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər Tağı müasir üslubda inşa edilməklə, xüsusi tarixi-memorial abidə kimi paytaxtımıza möhtəşəm əzəmətlik verir, dizayn və estetikası, tikinti xüsusiyyətləri ilə zəfərimizi ən layiqli şəkildə əks etdirir, Azərbaycanın gücünü və qüdrətini, sarsılmaz birliyini təcəssüm etdirir.

Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub ki, bu da mili kimliyimizin, iftixarımızın manifesti kimi dünyaya ucalan yüksəliş rəmzidir. Eləcə də Park ərazisindəki memorial abidə Vətən müharibəsinin əbədi ensiklopediyası kimi 44 günün hər bir uğur və qələbə səhnəsinin obrazını yaradır.

Hazırda Parkın ərazisində sürətlə tamamlama işləri aparılan Zəfər Muzeyi də isə qələbəmizin bütün şanlı səhnələrini canlandıracaq qızıl fonda çevriləcək. Muzeydə torpaqlarımızınazad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək. Gələcək nəsillərə Zəfərin hər bir fraqmenti haqqında canlı təsəvvür formalaşdıracaq.

Zəfər Parkı həm də xalqımızın milli həmrəyliyinin və mütəşəkkil birliyinin, qürur və əzmkarlığının, tarixi ədalətin rəmzidir. Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən milli simvolumuzdur. Cənab Prezidentin vurğuladığı kimi şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkının açılması, Zəfər Tağı, Zəfər Abidəsinin istifadəyə verilməsi və Zəfər muzeyinin inşa edilməsi parlaq Zəfərimizi əks etdirən yeni simvolumuzdur. Bu simvol və rəmzlər bizimlə əbədi olacaq, Qələbəmizi əbədiləşdirəcək.

Dövlət başçının açılış mərasimində söylədiyi məzmunlu nitq, verdiyi ünvanlı mesajlar 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın revanzişm cəhdlərinə, onları yeni müharibəyə təhrik edənlərə və 30 il ərzində ölkəmizə qarşı haqsızlıq edən, ikili standartlarla işğalı əbədiləşdirməyə çalışan və bu gün də təcavüzkar dövləti himayə edənlərə növbəti xəbərdarlıq idi.

“Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni – Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi”.


2003-cü ildə ilk dəfə Prezidenti vəzifəsinə seçiləndə ərazi bütövlüyümüzü bərpa edəcəyi vədini verən Prezident İlham Əliyev bu illər ərzində güclü iqtisadiyyat, güclü ordu yaradaraq, xalq-iqtidar birliyini möhkəmləndirərək, vətənpərvər mübariz döyüş ruhlu gənc nəsil yetişdirərək Qələbəmizi təmin etdi və Zəfərin Tağını ucaltdı. Bütün dünyaya və regiona sübut etdi ki, bu qərar yeganə düzgün addım idi və dünya bu reallıqla barışmağa məcbur olub.

Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazaraq işğalçı ölkəyə və havadarlarına layiqli yerlərini göstərdi. Dövlət başçısı Ermənistana və onu silahlandıran məkrli qüvvələrə xəbərdarlığını etdi.

Ermənistan və havadarları açıq gözlə Hərbi Qənimətlər Parkına, Zəfər Parkına, Zəfər Tağına baxaraq dərs çıxarmalıdır. Çünki Zəfər abidələri və tarixi memorial kompleksləri hər bir azərbaycanlıda milli qüruru və qələbə ruhunu gücləndirir, gələcəyə qalib xalq kimi baxmağa, ölkəmizin inkişafına inamla xidmət etməyə qüvvət verir.

Dörd il ərzində suverenliyimizin təmin edildiyi torpaqlarımızdafasiləsiz aparılan nəhəng quruculuq missiyasını öz gücü və potensialı ilə aparan Azərbaycanın qarşısında qoyduğu bütün hədəf və məqsədlərə çatmaq əzminə işarə edir. Bu həm də, sülhpərvər məram və niyyətləri ilə bölgədə əbədi əmin-amanlıq, səadət istəyən, rifah quruculuğu yaradan Azərbaycanın daha yeni nailiyyətlərə aparan mayakdır. Dövlətin və xalqın əbədi birliyinin salnaməsidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir.

Ramid Namazov

Milli Məclisin deputatı

COP29

www.yenicag.az

126
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv