Zəfər Quliyev Bülbülədə dəfn olunacaq
Bu gün vəfat edən tanınmış politoloq Zəfər Quliyev sabah torpağa tapşırılacaq.
Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu facebook hesabında məlumat verib:
“Hazırda Zəfər bəyin cənazəsi Gürcüstandan Bakıya gətirilir. Bu gecə saat 1-2 radələrində paytaxtımıza çatacaq. Yas yeri, vida mərasimləri Gənclik metrosu yaxınlığındakı evində olacaq. Ünvan: ak. Həsən Əliyev 92c. Ev “Konsul oteli” ilə eyni həyətdədir. Dəfn mərasimi sabah Bülbülə kəndindəki qəbristanlıqda olacaq”.