Zəfər və Bayraq Günlərinə XÜSUSİ SƏRGİ! – Milli Book Cafe unikal tədbirə ev sahibliyi edəcək
Zəfər və Bayraq günləri öncesi unikal tədbir! – Hərbi texnika və retro avtomobil modelləri sərgilənəcək
Yenicag.az xəbər verir ki, Azərbaycanın əlamətdar günləri – Zəfər Günü və Bayraq Günü münasibətilə paytaxtda xüsusi sərgi təşkil olunur.

7–9 noyabr tarixlərində Milli Book Café-də “AzerII Scale Models” brendi ilə birlikdə unikal sərgi ziyarətçilərə təqdim ediləcək.
Sərgidə tamamilə əl işi olan tank modelləri, müxtəlif hərbi texnikalar və miniatür retro avtomobil modelləri nümayiş olunacaq. Kolleksiyaçılar və hərbi tarixə marağı olanlar üçün əsl fürsətdir. Ziyarətçilər modelləri yaxından görmək, bəzilərini idarə etmək (oyun/idaretmə) və əldə etmək imkanına sahib olacaqlar.
Gəlin, bu ilki Zəfər və Bayraq günlərini birlikdə qeyd edək və unudulmaz bir sərginin şahidi olaq! 💫
https://www.instagram.com/p/DQjd6xbjcd9/?igsh=d2I3d3ozcTZzZDEy
| Tədbirin Detalları | |
| 📅 Tarix | 7–9 Noyabr |
| 📍 Məkan | Milli Book Café — Həmzə Babaşov küçəsi (Nəsimi metrosu yaxınlığı) |
| 🎟 Giriş | Pulsuz |
| 📞 Əlaqə | 070 923 90 00 |












