Zəif çıxışına görə Türkiyədən qovuldu

media-hightechnic-468x90

95473Türkiyənin “Manisaspor” klubu Azərbaycan millisinin üzvü Branimir Subaşiçi qovacaq. Yenicag.az futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə qardaş ölkənin mətbuatı məlumat yayıb.

Mənbədə qeyd olunur ki, hücumçunun çıxışı Türkiyə PTT 1-ci Liqası təmsilçisini qane etmir. Bu səbəbdən də serb əsilli formardın adı ötən turdakı “Dənizlispor” matçının protokoluna salınmayıb.

Belə ki, cari mövsümdə 30 qarşılaşmada 2180 dəqiqə meydanda olan Subaşiç cəmi 3 dəfə rəqib qapılarına yol tapa bilib. Belə zəif çıxışdan sonra 33 yaşlı oyunçunun komandadan göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Subaşiç cari mövsüm əvvəlində digər 1-ci liqa təmsilçisi “Orduspor”dan “Manisaspor”a keçmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600