!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zelenski seçkiqabağı vədlərindən yayınmağa başlayıb” – Ukrayna parlamentinin deputatı

!Reklam – Yazi

“Seçicilər populist vədlərə aldanaraq Zelenskiyə səs versələr də, vədlərin yerinə yetirilmədiyini görüb məyus olurlar”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukraynada prezident seçkilərindən sonra yaranmış vəziyyəti dəyərləndirən Ukrayna Ali Radasının “Petro Poroşenkonun bloku”ndan seçilmiş deputatı Pavel Rizanenko deyib.

Pavel Rizanenkonun sözlərinə görə, yeni seçilmiş prezident Vladimir Zelenski artıq seçkiqabağı vədlərindən yayınmağa başlayıb:
“Bəli, bu gün insanların böyük gözləntiləri var. Ancaq belə bir deyim də var ki, “məyus olmaq istəmirsənsə, aludə olma”. Şübhə etmirəm ki, Zelenskinun seçicilərində də öz seçimləri ilə bağlı tezliklə məyusluq yaranacaq.

Bunun səbəbləri çoxdur. İlk növbədə seçki kampaniyası dövründə verilən vədlərin yerinə yetirilməsinin mümkünsüzlüyünü qeyd edə bilərik. Hətta demək mümkündür ki, seçicilərin çoxunda artıq cəmi bir həftədən sonra belə bir məyusluq yaranmaqdadır.

Məsələn, Zelenski seçkilərdən əvvəl kommunal tariflərin azaldılacağını iddia etsə də, seçkilərdən sonra onun Qərargahının üzvləri bu səlahiyyətin prezidentdə deyil, Nazirlər Kabinetində olduğunu deyirlər. Nədir, bunun belə olduğunu seçkilərdən əvvəl bilmirdiz?

Digər tərəfdən, o, deyirdi ki, ölkədə tezliklə sülh bərqərar ediləcək. Ancaq Zelenskinin Qərargahı indi bəyan edir ki, müharibənin tezliklə başa çatdırılması reallıqdan uzaqdır. Hələ andiçmə mərasimi keçirilməyib, ancaq belə nümunələr artmaqdadır.

Seçicilər populist vədlərə aldanaraq Zelenskiyə səs versələr də, vədlərin yerinə yetirilmədiyini görüb məyus olurlar və mövqelərini dəyişirlər. Qarşıdakı parlament seçkilərindən danışsaq, bütün sorğular da təsdiqləyir ki, heç bir siyasi qüvvə Ali Radada çoxluğu qazana bilməyəcək. Yəni bizdə hansısa partiyaya və ya bloka 50 faizdən artıq səs verilməsi nümunəsi olmayıb.

İndi Zelenskinin “Xalqın xidmətçisi” partiyası seçki koalisiyası qurmaq üçün kiminləsə birləşməlidir. Ancaq kiminlə? “Həmrəylik”lə, yoxsa, “Batkivşina” ilə? Cavabsız suallar çoxdur”.

Yarina Lazko

COP29

www.yenicag.az

2603
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv