!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski: "Trampın dezinformasiya məkanında yaşaması təəssüf doğurur"

!Reklam – Yazi

Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, ukraynalılar arasında mənim etimad reytinqimin guya 4 faiz təşkil etməsi barədə xəbər Rusiyadan qaynaqlanır.

Yenicag.az xəbər verir ki, bunu dövlət başçısı bu gün keçirdiyi mətbuat konfransında deyib.

ABŞ Prezidenti Donald Trampın ukraynalılar arasında etimad reytinqinin guya 4 faiz təşkil etməsi ilə bağlı bəyanatına cavab verən Zelenski qeyd edib ki, sosial sorğuları şərh etmir, lakin Kiyev Beynəlxalq Sosialogiya İnstitutunun son reytinqi ukraynalıların 57 faizinin ona etimad göstərdiyini göstərir: “Kimsə məni elə indi əvəzləmək istəyirsə, heç cür alınmayacaq”.

Onun sözlərinə görə, 4 faiz barədə məlumat ABŞ və Rusiya arasında müzakirə olunub: “Biz bunu başa düşürük və bildirmək istəyirik ki, bu rəqəmlərin ABŞ və Rusiya arasında müzakirə edildiyinə dair sübutumuz var. Çox hörmət etdiyimiz bir xalqın lideri kimi ehtiram göstərdiyimiz Prezident Trampın dezinformasiya məkanında yaşaması təəssüf doğurur”.

O vurğulayıb ki, hazırda əsas məsələ etimad reytinqi deyil, Ukraynanın Rusiya hücumlarından necə qorunması və hərbi əsirlərin geri qaytarılmasıdır.

“Patriot” sistemlərinin sayının artırılması ilə bağlı sualıma ABŞ-dan cavab gəlmədi, baxmayaraq ki, hər dəfə bu mövzunu qaldırıram”, – deyə Zelenski əlavə edib.

O qeyd edib ki, müharibə şəraitində yaşayan Ukrayna xalqı qarşı heç bir güzəştə getməyəcək: “Rusiyaya hər şeydə güzəştə getmək” perspektivini əhalinin yalnız bir faizi dəstəkləyir”./Azertag/

www.yenicag.az

111
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv