Zəlimxan Məmmədliyə verilən “qırmızı vərəqə”nin pərdəarxası…

media-hightechnic-468x90

21082Rüfət Muradlı: “Onlara qarşı qoyulan qadağalar…”

Gürcüstan Azərbaycanın bir sıra aktiv ziyalısına, məsələn, “Borçalı” cəmiyyətininn Zəlimxan Məmmədliyə ölkəyə daxil olmağa qadağa qoyub. Görəsən, Gürcüstan bu addımı nəyə görə atıb?

Ümid Partiyasının xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı Yenicag.az-a açıqlamasında bildirdi ki, Z. Məmmədliyə qarşı irəli sürülən dəlillər hüquqi baxımdan kifayət deyil: “”Borçalı” cəmiyyətinin sədr müavini hardasa bir il üç ay bundan qabaq naməlum şəkildə Gürcüstan sərhədindən geri qaytarılmışdı. Keçən ilin oktyabrında da Zəlimxan Məmmədli Gürcüstana buraxılmayıb. Onlara qarşı qoyulan bu qadağalar aydın və konkret göstərilməsə də, Gürcüstan qanunvericiliyinə uyğun olaraq müəyyən dəlillər göstəriblər. Mediada da açıqlanan və eyni zamanda Gürcüstan tərəfinin irəli sürdüyü dəlillər hüquqi aspektdən kifayət olmadı. Həm Azərbaycan ictimaiyyəti, həm Gürcüstan və Türkiyədəki qeyri-hökumət təşkilatları Zəlimxan Məmmədlinin Gürcüstanla Azərbaycan arasındakı münasibətlərə pozitiv yanaşmasına və Türkiyə, Azərbaycan, Gürcüstan dostluğuna xidmət etdiyini əsas tutaraq Tiflis hakimiyyətinə müraciət ünvanladılar. Son günlər Azərbaycan müxalifətindən 20 yaxın partiya Gürcüstan prezidentinə bununla bağlı müraciət edib. Burada göstərilir ki, Zəlimxan bəy, onun müavini, “Borçalı” cəmiyyəti ümumilikdə Gürcüstan Azərbaycan münasibətlərinə müsbət mənada töhvə verən şəxslər olaraq onların absurd ittihamlarla ora buraxılmaması əslində Tiflis Bakı münasibətlərinə neqativ təsir edə bilər. Prezidentdən məsələnin çözülməsi xahiş olundu. İnanırıq ki, yaxın həftələrdə bu məsələ öz həllini tapacaq”.

 

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600