Lerik rayonunda baş verən zəlzələ hiss olunsa da, heç bir fəsadlar törətməyib.
Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyib.
Qurum rəsmisi bildirib ki, hadisə Lerikdə səhər saat 10:05 radələrində baş verib: “Səhər saat 10:05-də zəlzələ oldu. Hiss olundu. Amma çox güclü zəlzələ deyildi. Təxminən 3 bal gücündə hiss olundu. Hazırda sakitlikdir, rayonun elektrik enerjisi, qaz və digər təchizatında heç bir problem yoxdur”.
Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 10:05:51-də Lənkəran stansiyasından 16 km qərbdə Lerik ərazisində zəlzələ baş verib.
Zəlzələ 3,5 bal gücündə baş verib.
www.yenicag.az