Zemfiranın mahnısına həmkarından REAKSİYA: ”Biabırçı”
Müğənni Mehin Hümbətova həmkarı Zemfira İbrahimovanın mahnısını sərt tənqid edib.
Yenicag.az xəbər verir ki, sənətçinin qonaq olduğu “Afaqa Onlar” verilişində müğənni Zemfiranın mahnısı səsləndirilib. Aparıcı Afaq mahnının ifaçısının kim olduğunu soruşub. Mehin, “biabırçı”, deyə reaksiya verib:
“Biabırçı… O mahnını tanımadığıma görə qürur duyuram. Mən elə mahnıları dinləmirəm. Çünki elə mahnılar zövqümü korlayır”.
Aparıcı həmin müğənninin Zemfira olduğunu açıqlayanda Mehin təəssüf hissini gizlədə bilməyib:
“Zema niyə elə mahnılar oxuyur, mən hələ də şokdayam. Təəssüf edirəm ki, o, belə mahnılar oxuyur”.
Nehru













