Zərdabda gəncin başı kəsilib

media-hightechnic-468x90

meyit-yerdeMərhumun böyük qardaşı da 1 il 6 ay əvvəl Rusiyada öldürülüb

Zərdab sakini başı kəsilmiş vəziyyətdə tapılıb.

Rayon Polis şöbəsindən verilən məlumata görə, Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda bu gün səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

Məlumata görə, R. Zeynalov dünən axşam saatlarında yoxa çıxıb.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi və motivi hələlik bəlli deyil.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R. Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600